Bakının yeni beton yolu (VİDEO)

Heydər Əliyev prospektinin Böyükşor qovşağından Heydər Əliyev Mərkizinin qarşısına qədər olan hissəsində təmir işləri aparılır.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən ANS PRESS-ə verilən məlumata görə, işlərin aparılmasında əsas məqsəd ilk Avropa Oyunlarına hazırlıq dövründə prospektin görkəmini daha da yaxşılaşdırmaqdı.

Qeyd edək ki, vaxtilə prospektin əsaslı yenidənqurmadan sonra 2008-ci ildə istismara verilməsini, eyni zamanda ay ərzində həmin ərazidən 1 milyondan artıq nəqliyyat vasitəsinin hərəkət etməsini nəzərə alsaq asfalt-beton örtüyünün üst qatının dəyişdirilməsinə böyük ehtiyac var idi.

Təmir işləri çərçivəsində asfalt-beton örtüyünün üst qatının götürülərək yenisi ilə əvəzlənməsilə yanaşı, səki daşlarının dəyişdirilməsi, ayrıcı zolağa tamet daşının döşənməsi, zəruri olan ərazilərdə yağış-kanalizasiya sisteminin yenidənqurulması, kommunikasiya quyularının dəmir-beton piltələrinin və baxış qapaqlarının dəyişdirilməsi,yerüstü piyada keçidinin rekonstruksiyası və s. işlər aparılır.

Artıq 5 kilometrlik hissənin 1800 m. hissəsinə asfalt-beton örtük döşənib, 1km hissədə yolun hərəkət hissəsinin üfüqi nişanlanması başa çatdırılıb.

Üfiqi nişanlanma zamanı termoplastik yol cizgi boyasından istifadə edilir.

İşlərin tez bir zamanda başa çatdırılması üçün Nəqliyyat Nazirliyi “Azəryolservis “ASC tərəfindən bütün qüvvələr səfərbər edilib.

…read more

From:: ANS