Klinton prezident olur

ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton prezident seçkilərində iştirak etməyə tam hazırdır.

ANS PRESS-in məlumatına görə, bu barədə Amerika KİV-lərinə diplomatik mənbələrdən xəbər verilib.

Bildirilir ki, bu şayiə deyil və o, yaxın iki həftə ərzində rəsmi qərarını elan edəcək.

Analitiklərin fikrincə, vaxtilə ölkənin birinci xanımı və sabiq dövlət katibi olmuş H.Klinton seçkilərdə Demokrat Partiyadan seçkilərdə iştirak edən namizədlər arasında favoritlərdən biri sayılır.

O, 2008-ci ildə prezidentliyə namizəd kimi indiki dövlət başçısı Barak Obamaya güzəştə gedərək, partiyadaxili qaydalara əsasən, namizədliyini geri götürmüşdü. …read more

From:: ANS