Model podiumda çətin anlar yaşadı (FOTO)

Türkiyənin tanınmış modeli Tuğba Melis Türk podiumda çətin anlar yaşayıb.

ANS PRESS-in məlumatına görə, o, Türkiyənin İzmir şəhərində çimərlik geyimlərinin defiləsində podiuma çıxıb. Yeriyən zaman modelin sinəsi açılıb. Lakin Tuğba Melis özünü itirməyib və vəziyyətdən məharətlə çıxıb. O, əli ilə sinəsini örtərək yeriməyə davam edib.

Qeyd edək ki, defilə zamanı belə hadisələr tez-tez yaşanır. Modellərin bəzən geyimləri, bəzən isə dikdaban ayaqqabıları onları çətin vəziyyətdə qoyur. Modellərin bəzən paltarları ayaqqabılarına ilişir və cırılır, bəzən isə modellər nə qədər vərdiş etmiş olsalar da, dikdaban ayaqqabılarda gəzərkən podiumda yıxılırlar.

…read more

From:: ANS