Rusiyada azərbaycanlıya cəza

Rusiyada azərbaycanlı məhkəməyə çıxarılıb. ANS PRESS-in məlumatına görə, o sevgilisini qayçı ilə yaralayıb.

Hadisə ötən ilin oktyabr ayında baş verib. 24 yaşlı Azərbaycan vətəndaşı İvanovada kommunal mənzildə yaşayan sevgilisi ilə mübahisə edib. Mübahisə zamanı o masadan qayçını götürərək qadına qarın nayihəsindən zərbələr vurub.
Həkimlər qızın yaralarını ağır, həyat üçün təhlükəli kimi qiymətləndiriblər.

İttiham edilən şəxs məhkəmədə günahını etiraf edib və əməlindən peşman olduğunu deyib.

O, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Azərbaycanlı cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. …read more

From:: ANS