20 yanvar dairəsi yenidən qurulur (FOTO)

Paytaxtın 20 yanvar dairəsi adlanan ərazisində genişləndirilən hissədə işlərin böyük hissəsi görülüb.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən ANS PRESS-ə verilən məlumata görə, təhlükəsizlik adaları kiçildilərək yolun hərəkət hissəsi genişləndirilib.

Bundan başqa, yolun mərmər səki daşları quraşdırılıb.

Hazırda təhlükəsizlik adası adlanan hissəyə tamet daşı düzülür.

Genişləndirilən əraziyə asfalt-beton örtük də döşənib.

Bundan əlavə, 3-cü mkr dairəsindən 20 yanvar istiqamətinə köməkçi hissədə asfalt-beton örtük yenilənir. İşlərin qısa bir müddətdə başa çatdırılması gözlənilir.

…read more

From:: ANS