İŞİD-in Nyu-Yorkdakı əli kəsildi

Amerika Birləşmiş Ştatlarında (ABŞ) İŞİD terror qruplaşması ilə əlaqəsi olduğu bildirilən dörd nəfər yaxalanıb.

ANS PRESS-in məlumatına görə, ABŞ-ın Nyu-York şəhərində İŞİD terror qruplaşması ilə əlaqə qurduqlarından şübhə edilən 4 Özbəkistan sakini hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Dilhaət Qasımov, Ahror Səidəhmədov, Aburəsul Hasanoviç Curaboev və Abror Həbibov adlı özbək vətəndaşlarından iksininin İŞİD terror qruplaşması ilə əlaqə quraraq terakt törətmək niyətində olduqları bildirilib.

Bundan başqa, saxlanılanlar arasında olan 26 yaşlı Qasımovun ABŞ-dan İŞİD-ə qoşulmaq istəyənlərin Yaxın Şərqə uçuşunu, maliyyə işlərini həll etdiyi qeyd edilir. Əgər o məhkəmədə günahını etiraf edərsə, buna görə 30 ilə qədər həbsə məhkum olacaq.

Qeyd edək ki, İŞİD qruplaşması törətdikləri terror aktları və hücumlar səbbəbilə dünyanın bir çox ölkəsi tərəfindən terror qruplaşması kimi qəbul edilib. …read more

From:: ANS