İŞİD daha bir şəhərdən qovulur

İraq hökuməti ölkənin şimalında Nineva vilayətinin İŞİD qrupunun silahlılarından azad edilməsi üçün kürd rəsmilərlə əməkdaşlıq edir.

ANS PRESS-in məlumatına görə, bu barədə İraqın Baş naziri Heydər Əl-Abadi deyib.

Yarı-muxtar kürd regionunun paytaxtı Ərbil şəhərində danışan cənab Abadi İraq və Kürdüstan hökumətlərinin eyni düşmənlə üz-üzə gəldiyin deyib.

İraq Kürdüstanının prezidenti Məsud Barzani tərəflərin hərbi və təhlükəsizlik ekspertlərindən ibarət komitə yaradılması haqda razılığa gəldiyini bildirib.

Baş nazir Abadi və prezident Barzani Ninevanın nəzarətinin yaraqlıların əlində alınması planının tarixi ilə bağlı açıqlama verməyiblər. …read more

From:: ANS