Azərbaycanda övladlığa götürülən uşaqları sayı azalıb (VİDEO)

Uşaq dünyaya gətirə bilməyən vətəndaşların övlad sahibi olmaq arzusu bəzən elə arzu olaraq qalır. Mütəxəssislərin bunu bir tərəfdən övladlığa vermənin parakəndə şəkildə bir neçə qurum tərəfindən həyata keçirilməsində, digər tərəfdən isə ölkədə övlad sahibi olmaq istəyənlərin müəyyən şərtlər irəli sürməsində görür. Məsələn, il ərzində övladlığa verilən uşaqlardan cəmi 47-nin qız, 800-dən çoxunun isə oğlan olması və əsasən 3 yaşdan kiçik uşaqların ailələrdə qəbul edliməsi bu sahədə spesifik problemlərdən sayılır.

ANS TV-nin məlumatına görə, Azərbaycanda övladlığa götürülən uşaqların sayında azalma müşahidə edilir. Ötən il övladlığa verilən uşaqların ümumi statistikası açıqlanmasa da, Təhsil Nazirliyi 2014-cü ilin ilk yarım ilində 8-18 yaşarası, cəmi 5 uşağı övladlığa verməsilə bağlı məlumat verib. Ekspertlər bu tendensiyanı uşaqların övladlığa verilmə prosesinin uzun zaman və xərc tələb etməsilə əlaqələndirirlər.

“Bir çox hallarda övladlığa uşaq götürmək istəyən valideynlər prosedurlarla tanış olmurlar. Bəzən aylarla çəkən prosedurlar onları sanki yorur. Bir çox hallarda valideynlər, hətta bildirirlər ki, biz artıq uşaq götürmək istəmirik. Çünki, proses o qədər uzanır, o qədər onlar get-gələ salınır ki, valideynlər bir növ prosesdən uzaqlaşırlar”, – deyə ekspert Nazir Quliyev bildirdi.

Valideynlərin prosesdən uzaqlaşması isə dövlətə heç də xeyir gətirmir. Çünki, hər bir uşağın dövlət uşaq müəssisəsində qalması ölkəyə müəyyən maddi xərclər hesabına başa gəlir. Uşaqların ailə mühitindən kənarda böyüməsi isə həm də beynəlxalq konvensiya ilə müəyyən edilən uşaq hüquqlarının pozulmasına gətirib çıxarır.

Bunun qarşısını almaq üçün prezident İlham Əliyevin sərəncamı və bu sərəncamdan irəli gələn 2006-2015-ci illəri əhatə edən dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi və alternativ qayğı Dövlət Proqramı da var.

Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hüquqi təminat şöbəsinin müdir müavini Vəsilə Möhsümovanın sözlərinə görə, övladlığa verilmə zamanı valideynlərin rastlaşdığı problemlər tələb olunan sənədlərin çoxluğu ilə deyil, prosesin vahid bir qurum tərəfindən tənzimlənməməsilə bağlıdır:

“Əgər belə bir hal baş verərsə, o zaman proseslər daha dinamik, daha çevik bir şəkildə həyata keçirilər. Nəticədə vətəndaşların da narazılıqları qismən aradan qalxar. …read more

From:: ANS