Acun Ilıcalının 2 proqramı efirdən çıxarıldı

Türkiyənin tanınmış aparıcısı və prodüsseri Acun Ilıcalı TV8 kanalında yayımlanan iki proqramının yayımını dayandırıb.

ANS PRESS-in məlumatına görə, Tv8 telekanalında sentyabr ayında yayımlanmağa başlayan “Para Bende” (“Pul məndə”) proqramı artıq ikinci həftədir ki, yayımdan çıxarılıb.

Yayımı dayandırılan başqa bir proqram isə “Akademi” (“Akademiya”) proqramıdır. Qeyd edək ki, hər iki proqram artıq ikinci həftədir ki, efirdə yayımlanmır.

Verilişlərin yayımlanmamasının səbəbləri haqqında rəsmi bir məlumat verilməsə də, bir çox kütləvi informasiya vasitələrinin məlumatına görə, verilişlərin yayımdan çıxarılmasının səbəbi lazımi reytinqi toplaya bilməmələridir.

Qeyd edək ki, “Para bende” verilişində Murad Ceylan və Almeda Abazi adlı iki gənc aparıcı müxtəlif ölkələrə səyahət edirdilər. Getdikləri ölkənin hava limanında yarış təşkil edilirdi və qalib gələnə 10 min dollar, uduzana 100 dollar pul verilirdi. Onların hər biri həmin ölkəni büdcələrinə uyğun şəkildə gəzərək tanıdırdılar. “Akademi” proqramında isə “Yetenek sizsiniz” verilişindən kənarlaşdırılan iştirakçılar TV8 kanalında müxtəlif səhnəciklərlə çıxış edirdilər. Bununla da onlar öz bacarıqlarını inkişaf etdirirdilər.

…read more

From:: ANS