Hollivud ulduzu striptiz klubu sökdürmək üçün aldı (FOTO)

Tanınmış Hollivud ulduzu Qvinet Peltrou “Hustler” striptiz klubunu aldıqdan sonra yerlə yeksan edəcək. Striptiz klubun özü isə başqa binaya köçürüləcək.

ANS PRESS-in məluamtına görə, 42 yaşlı aktrisa pornobaron Larri Flintdən aldığı klubun yerində incəsənət klubu tikmək niyyətindədir. İllik üzvlüyünün 2 min dollar olması nəzərdə tutulan klubda restoran, gecə klubları, ədəbi oxu zalları da olacaq.

Qvinet Peltrounun özü də bir neçə dəfə Hustler-də olub. Belə ki, 2000-ci ildə film çəkilişləri zamanı bəzi səhnələr məhz həmin klubda çəkilmişdi.

Qeyd edək ki, “Forbes” jurnalının qiymətləndirməsinə görə, Qvinet Peltrou ən yüksək qonorar alan Hollivud aktrisaları sırasındadır.

…read more

From:: ANS