Klipə çəkilmək istəyirsiniz? (VİDEO)

Azərbaycanın əməkdar artisti Tünzal Ağayeva könüllüləri öz klipinin çəkilişində iştirak etməyə dəvət edib.

ANS PRESS-in məluamtına görə, “Youtube” video portalında yerləşdirilən müraciətdə ifaçı rəqs edə bilən gənclərə səslənib. O, ifaçı Kelly Joyce ilə birlikdə ifa edəcəyi Avropa Oyunlarına həsr olunan “Bakımın üzü gülür” mahnısının klip çəkilişlərinin başladığını və bu klipdə könüllülərin də iştirak etmək imkanının olacağını bildirib.

Klipdə çəkilmək istəyən şəxslər öz rəqs videolarını “bakusmiles” həştəqi ilə yerləşdirməlidirlər. Göndərilən videolar içərisində ən məharətli 30 könüllü seçiləcək və onlar klipdə çəkilmək üçün dəvət olunacaqlar.

…read more

From:: ANS