Neftimizin qiyməti açıqlandı

Azərbaycan neftinin bu günə olan qiyməti açıqlanıb.

ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprel ayının 6-a 57,01 dollar/barel təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 1,15 dollar bahalaşaraq 50.29 dollar olub.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin qiyməti isə 1.05 dollar artaraq 56.00 dollar təşkil edib. …read more

From:: ANS