Masallıda dəhşət yaşandı

Bu gün Masallı rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

ANS PRESS-in məlumatına görə, hadisə Ələt-Astara magistralının 164-cü kilometrliyində, Masallı rayonu Musaküçə kəndi ərazisində qeydə alınıb.

Astara istiqamətində hərəkət edən “Shagman” markalı yük maşını sürətlə hərəkət edərkən qarşı tərəfdən gələn “VAZ-21011” markalı minik maşınına çırpılıb.

Zərbənin təsirindən avtomobil yük maşınının altına girib.

Qəza nəticəsində minik maşınının sürücüsü hadisə yerində ölüb.

Hələlik sürücünün kimliyini müəyyən etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır. …read more

From:: ANS