Nyu-York meri London meri olur

Nyu-York şəhərinin keçmiş meri Maykl Blumberq gələn il keçiriləcək London meri seçkisində iştirak etmək barədə düşünür.
Dostları üç dəfə dalbadal Nyu-Yorka rəhbər seçilmiş Blumberqi Britaniyanın Mühafizəkarlar Partiyasından London merliyinə namizədləyini verməyə çağırırlar.

Onun özü də dəfələrlə deyib kİ, London onun “ikinci evi”dir. Britaniya mətbuatı bunu da yazır ki, Blumberq hazırkı London meri, Boris Consonla şəxsi dostluq əlaqələrinə malikdir. Conson isə öz növbəsində Britaniya parlamentinə seçkilərə qatılmaq istəyir.

Amerikada doğulmuş Boris Conson bu barədə zarafat edərək deyib ki, onlar Blumberqlə vəzifə dəyiş-düyüşü edəcəklər. Təhlilçilər deyirlər ki, “Bloomberg” media imperiyasının təsisçisi olan Maykl Blumberq Britaniya iqtisadiyyatına edəcəyi investisiyalarla London meri vəzifəsinə gəlməsini reallaşdıra bilər.

Britaniya mətbuatı yazır ki, bu məsələnin bircə “əmma”sı var. Blumberq Britaniya vətəndaşı deyil, London meri olmaq üçünsə bu ümdə şərtdir. …read more

From:: ANS