İrəvanı kim verdi ermənilərə? (VİDEO)

Qonağımız tarixçi-alim Firdovsiyyə Əhmədovadır.

– Martın 31-i bir cümlə ilə Azərbaycan xalqı üçün nədir və nə baş verir həmin günü?

– Martın 31-i Birinci dünya müharibəsi başlayandan, 1920-ci ilə qədər Cənubi Qafqazda müsəlman əhalisinə – azərbaycanlılara qarşı baş verən soyqırımın rəmzi bir tarixidir. Bu gün Bakıda azərbaycanlılara qarşı qırğının ən pik bir günü kimi qeyd olunmalıdır. Məqsəd isə Azərbaycan Milli Hərəkatının sosial bazadan məhrum etmək, yerli əhalinin etnik təmizlənməyə məruz qoymaq və bu yolla ermənilərin böyük Ermənistan xülyasının gercəkləşdirmək, vahid və bölünməz Rusiya tərəfdarı olan qüvvələrin Azərbaycan muxtariyyətinə yol verməməsi, bolşeviklərin isə Qafqazda sovet hakimiyyətinin qurmaq niyyətindən irəli gələn qanlı bir akt idi.

– Bu yaxınlarda çox qəribə bir paralellər aparmışıq. Ermənilərin siyasətləri həmişə belə olub. Bir şeyi deyiblər və başqa bir işi görüblər. Məslən, Batumidə imzalanan sənəddə onlar Dağlıq Qarabağı, daha doğrusu Qarabağın Dağlıq ərazisinə iddialarının olmayacağını bəyan etmişdilər. Mən istəyirəm bu hadisə haqqında bir az ətraflı danışaq. Nə baş vermişdi onda və bu sənədlər nəyi nəzərdə tuturdu?

– Batumidə imzalanan müqavilələr məhz Osmanlı imperiyasının may ayında elan etdiyi Cənubi Qafqaz Respublikaları arasında bağlanıb. Amma sizin söylədiyiniz kimi, götürülən öhdəliklər bundan öncə olmuşdur. Bu isə Batumidə gedən danışıqlardan irəli gəlirdi. Məslənin məğzi nədən ibarətdi? bolşevik Rusiyası Birinci dünya müharibəsindən ilhaqsız və təzminatsız çıxdığını elan etdi. Və təbii olaraq sülh danışıqlarına getmək məcburiyyətində idi. Bu baxımdan qarşı tərəfdən də sülh bağlayacaq dövlətlərdən biri də Osmanlı idi. 1918-ci il martın 3-də bağlanan məlum sülh müqaviləsinə görə, Qars, Ərdaxan, Batum Osmanlı dövlətinə verilməli idi. Zaqafqaziya seymisə nə bolşevik Rusiyasını tanımır, nə də Osmanlı dövlətinə həmin əraziləri güzəştə getmək istəmirdi. Osmanlı dövləti belə bir tələb qoymuşdu ya müstəqilliyini elan elə, ya da Rusiyanın bir parçası kimi o dövlətin imzaladığı müqaviləni yerinə yetir. Bu baxımdan Zaqafqaziya seymi ilə Osmanlı dövləti arasındakı müharibədə təbii ki, Osmanlı dövləti qalib gələrək irəlilədi. Keçmiş İrəvan quberniyasının …read more

From:: ANS