İŞİD-ə qoşulmağa gedən bir avtobus adam saxlanıldı

Türkiyədə İŞİD terror təşkilatına qoşulmaq üçün Suriyaya gedən 20 nəfər jandarm əməkdaşları tərəfindən saxlanılıb.

ANS PRESS-in məlumatına görə, bu barədə baş qərargah idarəsinin rəsmi internet səhifəsində xəbər yayılıb.

“Kilis vilayəti Elbəyi rayonunun Aşağıbəylərbəyi kəndində daxil olan məlumat əsasında reyd keçirilərkən bir mikroavtobus içində İŞİD-ə qoşulmaq üçün Suriyaya keçmək istəyən 20 nəfər saxlanılıb. Faktla bağlı istintaq başladılıb” – deyə baş qərargahın açıqlamasında bildirilir. …read more

From:: ANS