Bakıda 86 yaşlı kişi evində yanıb

Bakıda evdə yanğın nəticəsində 86 yaşlı kişi ölüb.

ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğın Bakı şəhəri, Binəqədi rayonunda baş verib. Ev 1929-cu il təvəllüdlü Yeqorov Aleksandr Konstatinoviçə məxsus olub. Yanğın nəticəsində ümumi sahəsi 65 kv. metr olan birmərtəbəli 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları 20 kv. metr sahədə yanıb.

Ev sahibi 86 yaşlı Aleksandr Konstantinoviç Yeqorovun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 10:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb. …read more

From:: ANS