Kokain daşıyan təyyarə qəzaya düşdü

Venesuelanın Koxedes ştatında göyərtəsində 1 tona yaxın narkotik maddə olan təyyarə qəzaya uğrayıb.

ANS PRESS-in məlumatına görə, ölkənin daxili işlər və ədliyyə naziri Nestor Reverol bildirib.

Hadisə yerində 3 nəfərin meyidi və 1 tona yaxın kokain aşkarlanıb. Mafioz qruplaşmalar təyyarədən narkotik maddələrin daşınması üçün istifadə etdikləri ehtimal edilir.

Hazırda polis qəzanın başvermə səbəbləri və təyyarənin sahibinin müəyyən edilməsi istiqamətində araşdırma aparır. …read more

From:: ANS