Kürdlərə qoşulan siyasətçi tutulub

Avstraliyanın siyasi xadimi, deputat Metyu Qardiner Yaxın Şərqdən qayıdarkən hava limanında həbs edilib.

ANS PRESS-in məlumatına görə, bazar günü – aprelin 5-də saxlanılan keçmiş deputat İŞİD terror qruplaşmasına qarşı döyüşlərdə iştirak etməkdə ittiham olunur.

Bildirilir ki, o, Avstraliyanın müxalif Leyborist partiyasının şimal bölgəsinin prezidenti olub. Amma 2015-ci ilin əvvəlində İŞİD-ə qarşı döyüşən kürd silahlılarına qoşulmaq üçün ölkəni tərk edib. Bu məlum olan da isə onu partiyadakı vəzifəsindən azad ediblər.

Qeyd edək ki, Avstraliya ABŞ-ın başçılıq etdiyi İŞİD-ə qarşı koalisiyanın üzvüdür. Ölkənin xüsusi xidmət orqanlarının məlumatına görə, ən az 90 avstraliyalı İŞİD-in tərkibində döyüşür. …read more

From:: ANS