Aparıcıdan arvadına sərvət dəyərində hədiyyə (FOTO)

Tanınmış produser Acun Ilıcalı həyat yoldaşına bahalı avtomobil hədiyyə edib.

ANS PRESS-in məlumatına görə, Acunun həyat yoldaşı Zeynep Ilıcalıya aldığı avtomobilin qiyməti nə az, nə çox 400 min avrodur.
Avtomobilin qeydiyyat nömrəsində Acun və həyat yoldaşının adlarının baş hərflərinin olması da diqqətlərdən qaçmayıb.

Lüks “Porsche Carrera” avtomobili dizaynı ilə göz qamaşdırır.

Qeyd edək ki, Acun Ilıcalı əliaçıqlığı ilə tez-tez mətbuatın gündəminə düşür. Türkiyənin tanınmış aparıcısı və prodüsseri bu yaxınlarda TESYEV-ə (Türkiyə Əlil İdman Yardım və Təhsil Fondu) 5 milyon lirə (1 milyon 775 min manat), Ədirnədə təhsil aldığı orta məktəbə isə 38 000 lirə (13 500 manat) bağışlayıb.

…read more

From:: ANS