8 kq arıqlayan azərbaycanlı müğənni konsertə hazırlaşır

“Mart ayının ilk 10 günlüyündə solo konsert verməyi düşünürəm”. ANS PRESS-ə açıqlamasında xanəndə Nəzakət Teymurova bu sözləri deyib.

Xanəndə bildirib ki, hələ mahnı seçimləri üzərində işləyir. “Yeni mahnıları ifa etmək istəyirəm. Hələ dəqiq hansıları oxuyacağımı dəqiqləşdirməmişəm”.

Nəzakət Teymurova solo konsertində əsasən bayatı-şiraz, segah təsniflərini ifa edəcəyini bildirib. Hansı heyətlə də çalışacağı dəqiq olmasa da, Əliağa Sədiyevin rəhbərliyi altında konsertin baş tutacağını deyib.

“Səhnədə oxumağa hansı qonaqları dəvət etməyi düşünürsünüz?” sualına xanəndə bir mənalı olaraq “Mən xoşlamıram ki, solo konsertdə müğənnidən əlavə kimsə ifa etsin. Əgər bu sənin solo konserindirsə, özün də ifa etməlisən”.

Qeyd edək ki, konsert vermək niyyətidə olan sənətçi xeyli arıqlayıb. N.Teymurova 8 kq-a yaxın artıq çəkidən xilas olduğunu deyib. Onun sözlərinə görə, işlərinin çoxluğu və pəhrizlə əlaqədardır. …read more

From:: ANS