Müasir dövrün Fərhadı və ya insanlıq dərsi… (FOTO)

Ucqar bir kənddə yaşayıb vəfat etmiş bir hindlinin insanlıq dərsi bütün dünyaya səs salıb. Hindistanlı Daşraht Manjini (Dashrath Manjhi) müasir dövrün Fərhadı adlandırmaq olar.

ANS PRESS-in məlumatına görə, qayaları çarparaq yaşadığı kəndə yol açan bu kişiyə Hindistanda “Dağ adamı” deyirlər. 8 il əvvəl vəfat etməsinə baxmayaraq onun məzarı bu gün də hindlilərin ziyarət yeridir.

Daştahi Manjinin həyat yoldaşı Falgunu Devi xəstələnir. Lakin Bihardakı ən yaxın xəstəxanaya getmək üçün 80 km yol qət etməli olurlar. Nəticədə Falgunu yolda vəfat edir. Bundan sonra Daşrathi 1960-1982-ci illərdə kənddən xəstəxanaya yaxın yol salmaq üçün dağ və qayaları yarmağa başlayır.
Kənd əhalisi əvvəlcə onun bu fikrinə istehza ilə yanaşır və ağlasığmaz bir işə başladığını deyib ələ salırlar.

Heç nəyə baxmayaraq fikrindən dönməyən Daşraht Manji (Dashrath Manjhi) düz 22 il hər gün səhər tezdən gecə yarıyadak külünglər qaya çarpır. Bir müddətdən sonra həmkəndliləri onun bu xeyirxah işindən əl çəkmədiyini görürlər və hər gün ona yemək-içmək verirlər ki, gücdən düşməsin. Gecəsi-gündüzü dağların-qayaları arasında keçdiyindən artıq onu hamı “Dağ adamı” çağırırdı.

Daştahi Manji bu inadkarlığı nəticəsində 22 illik əziyyətdən sonra 80 km-lik məsafəni cəmi 13 km-ə endirməyə nail olur. Bu böyük işin sahibi 2007-ci ildə Nyu-Dehli şəhərində vəfat edib. 8 il əvvəl vəfat etməsinə baxmayaraq onun məzarı bu gün də hindlilərin ziyarət yeridir.

…read more

From:: ANS