Gəmidə səfirlik açıldı

Koreya Respublikası Yəmən ərazisində silahlı münaqişə ilə əlaqədar bu ölkədəki səfirliyini müvəqqəti olaraq öz hərbi gəmisində açıb.

ANS PRESS-in məlumatına görə, bu barədə ölkənin silahlı qüvvələrinin qərargahının rəisi bildirib.

“Cənubi koreyalıların bu ölkədən evakuasiyasından sonra Yəməndə qalmağa qərar vermiş Koreya respublikasının 23 vətəndaşına kömək və təhlükəsizliyini təmin etmək məqsədilə diplomatik missiya müvəqqəti olaraq “Van Qon” gəmisinə yerləşdirilib” – deyə, komitetdən bildirilib.

Qeyd edək ki, göyərtəsində xüsusi təyinatlıların olduğu esmines Somali sahillərində dəniz quldurları ilə mübarizədə iştirak edir.

Göyərtəsində xüsusi təyinatlıların yerləşdirildiyi esmines Somali sahillərində quldurlarla döyüşür. İki diplomatın işləməsi üçün gəmi otaqları və rabitə cihazları ayrılıb.

Sözügedən xüsusi təyinatlılar dəstəsi 2009-cu ilin əvvəllərindən “Afrika buynuzu” adlanan ərazinin yaxınlığında dəniz quldurları ilə döyüşür. Hər il 500 Cənubi Koreya vətəndaşı bu rayondan keçir.

Yəməndəki vəziyyətlə əlaqədar Cənubi Koreya səfirliyinin 13 əməkdaşı BMT təyyarələri ilə evakuasiya edilmişdi. Cənubi Koreya XİN məlumatında, münaqişəyə qədər bu ölkədə 38 vətəndaşının olduğunu bildirmişdi. …read more

From:: ANS