Diplomatik qalmaqal böyüyür

Rumıniyanın Xarici İşlər Nazirliyi Ermənistandakı səfir Sorina Vasileini izahat almaq üçün geri çağırıb.

ANS PRESS-in məlumatına görə, səfirin Buxarestə çağrılmasına səbəb onun “erməni soyqırımı” ilə bağlı Ermənistanın Amerika Universitetində çıxışı olub.

Səfir əsl həqiqəti söyləyərək, tarixdə müharibələrin, münaqişələrin olduğunu, lakin bunun soyqırımla əlaqəsi olmadığını söyləyib və “bu tarixin işidir və bununla tarixçilər məşğul olmalıdır” fikrinə üstünlük verib. Bu isə ermənilərin xoşuna gəlməyib.

Erməni mətbuatı isə yazıb ki, səfirin açıq-aydın antisemit və homofob ifadələri narahatlıq doğurub. Baxmayaraq ki, səfir gecikmə ilə də olsa, üzr istəmək məzmunlu açıqlamalar verib, bununla belə, bu, diplomatik qalmaqala səbəb olub. …read more

From:: ANS