Bakıda yanğın həyəcanı

Bakı şəhərində binalardan birində gecə saatlarında yanğın hadisəsi təşviş yaradıb.

ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, paytaxtın Nizami rayonunda çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsindən on altı mərtəbəsinə qədər şaxtadan keçən elektrik kabelləri 80 p.m, axırıncı mərtəbədə ümumi sahəsi 6 kv.m olan elektrik otağında kabellər 3 p.m yanıb.

Yanğın nəticəsində hər mərtəbədə quraşdırılmış elektrik sayğacları və binanın zirzəmisində quraşdırılmış 60 ədəd elektik sayğacının 32 ədədi yüksək temperaturdan əriyib.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən yuxarı mərtəbələrdən 40 nəfər bina sakini təxliyə olunub.

Yanğın saat 01:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb, mənzillər mühafizə olunub. …read more

From:: ANS