“Fənərbaxça” avtobusuna silahlı hücum

Türkiyədə “Fənərbahxça” futbol komandasının oyunçularını gəzdirən avtobusa hücum edilib.

ANS PRESS-in məlumatına görə, ölkənin şimalında baş vermiş insident nəticəsində xəsarət almış avtobus sürücüsü xəstəxanaya aparılıb.

Komandanın avtobusuna hücum “Fənərbaxça” Rizə şəhərinin “Rizəspor” klubu üzərində 5-1 hesabı ilə qələbə qazandıqdan sonra baş verib.

Polis avtobusun daşa basıldığını bildirib, lakin “Fənərbaxça TV” telekanalı iddia edir ki, avtobusa tüfəngdən atəş açılıb.

Qeyd edək ki, “Fənərbaxça” komandası İstanbula uçmaq üçün İzmirə getməli idi. Komanda üzvlərindən heç kəs xəsarət almayıb. …read more

From:: ANS