Azərbaycanlılar ölkədən çıxarıldı

Yəməndəki döyüşlərlə əlaqədar xarici ölkə vətəndaşlarının təxliyyəsi davam edir.

ANS PRESS-in məlumatına görə, Yəmənin paytaxtı Sənadan Moskvaya iki təyyarə yola salınıb.

Həmin təyyarələrin göyərtəsində 350 nəfərdən artıq adam olub. Onlardan 70-i Rusiya vətəndaşıdır. Qalanları isə Azərbaycan, Özbəkistan, Türkmənistan və digər MDB ölkələrinin vətəndaşlarıdır.

Təyyarələrin bu saatlarda Moskvaya çatacağı bildirilir.

Qeyd edək ki, Yəmənin paytaxtı Sənada yaşayan azərbaycanlılar da Azərbaycanın Səudiyyə Ərəbistanındakı konsulluğuna müraciət ediblər. Onlardan bəziləri ölkədən Türkiyə və Rusiya təyyarələri vasitəsilə çıxarılıb. Azərbaycanlıların təxliyyəsi davam edir. …read more

From:: ANS