Azərbaycanda dəhşətli cinayət

Bu gün Quba rayonunun Qırmızı Qəsəbəsində yəhudi dini icmasının rəhbərinin evinə basqın olub.

ANS PRESS-in bölgə müxbirinin vetrdiyi məlumata görə, basqın zamanı Dini icmanın rəhbəri Boris Simanduyev və bacısı Liza Simanduyeva xəsarət alıb. Səhər saatlarında baş verən hadisə zamanı evdən külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlanıb.

Bıçaq xəsarıtləri alan Liza Simanduyeva Quba rayon xəstəxanasında əməliyyat olunub. Hazırda onun vəziyyətinin yaxşı olduğu bildirilir.

Quba rayon Polis Şöbəsi araşdırmalara başlayıb. . …read more

From:: ANS