Bu gün ay qan rənginə boyandı (FOTO)

Bu gün 2015-ci ilin ilk ay tutulmasi baş verib. Yer sakinləri “Qanlı ay tutulması”nın şahidi olublar. Qanlı ay tutulması zamanı ay yerin kölgəsinə şimal hissədən daxil olub.

Tutulma Bakı vaxtı ilə saat 15:17-də başlayıb, 18:45-də isə başa çatıb. 3 saat 28 dəqiqə davam edən bu təbiət hadisəsini Asiya, Avstraliya, Sakit okean və Şimali və Cənubi Amerikadan müşahidə etmək mümkün olub.

Ay tutulması hadisəsi Azərbaycanda müşahidə edilməyib. NASA tam ay tutulmasını əks etdirən kadrlar yayıb. Tutulma zamanı ayın boyandığı tünd qırmızı rənginə görə bəzən onu “Qanlı ay tutulması” adlandırırlar.

Bu il 2 dəfə günəş, 2 dəfə ay tutulması baş verəcək. İlk günəş tutulması martın 20-də qeydə alınıb. Növbəti günəş tutulması sentyabrin 13-nə, növbəti ay tutulması isə sentyabrin 28-nə təsadüf edəcək.

…read more

From:: ANS