İran son damla qanına qədər Yəmənə dəstək olacaq (VİDEO)

Yəməndə Səudiyyə Ərəbistanına məxsus qırıcıların ölkəyə hərbi müdaxiləsinə qarşı etiraz aksiyası keçirilib.

ANS TV-nin məlumatına görə, paytaxt Sənada baş tutan askiyaya minlərlə insan qatılıb. Aksiya iştirakçıları, əsasən, sabiq prezident Abdullah Salehinin tərəfdarları olub. Fəallar bildiriblər ki, onlar Husi ideallarına qoşulmurlar, lakin xaricdən ölkənin sərhədlərinə edilən hərbi müdaxilələr qəbuledilməzdir.

Aksiya iştirakçıları deyibləri bu görülməmiş təcavüzləri mühakimə etmək, hücumları rədd etmək üçün burada toplaşıblar.

Aksiyalar İranın paytaxt Tehranda da keçirilib. Cümə namazından çıxan bir qrup fəal Amerika Birləşmiş Ştatları və İsrailə qarşı şüarlar səsləndiriblər. Fəallar bildiriblər ki, İran son damla qanına qədər Husilərə dəstək olacaq.

…read more

From:: ANS