Bakı-Quba yolunda ağır qəza

Bu gün günorta saatlarında Bakı-Quba yolunun 49-cu kilometrliyində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bəşirov Bəybala Zakir oğlunun idarə etdiyi “Mercedes” markalı minik avtomobili Mehdi Əsədullayevin idarə etdiyi 10 OG 813 dövlət qeydiyyatlı “BNC” markalı yük maşınına çırpılıb.

Qəza nəticəsində minik maşınında olan bir ailənin 4 üzvü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə çatdırılıb. Bunlar 1980-ci il təvəllüdlü Bəşirova Rəfsanə Elxan qızı, 2006-ci il təvəllüdlü Bəşirov Elşən Bəybala oğlu, 2003-cü il təvəllüdlü Bəşirova Aysel Bəybala qızı və 2013-cü il təvəllüdlü Bəşirova Zəhra Bəybala qızıdır.

Onlar ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırmalar davam etdirilir. …read more

From:: ANS