Daha bir alman təyyarəsi qəfil eniş etdi

Kölndən İtaliyanın Venesiya şəhərinə uçan Almaniyanın “Germanwings” aviaşirkətinə məxsus A319 təyyarəsi Ştutqart aeroportuna planlaşdırılmamış eniş edib.

ANS PRESS-in məlumatına görə, hava limanının rəhbəri Qeorq Fundel bildirib ki, eniş zamanı heç kim zərər çəkməyib.

Alman agentliyi DPA xəbər verib ki, təyyarədə texniki nasazlıqlar baş verib. Yaranmış qəzalı vəziyyətə görə hava nəqliyyat vasitəsi eniş edib. Lakin “Germanwings” bu informasiyanı təkzib edib.

Şirkətin mətbuat xidmətinin nümayəndəsi deyib ki, pilot təhlükəsizlik qaydalarına görə belə bir qərar qəbul edib. Amma eniş qəzaya görə olmayıb. Əsl təfərrüatlar sonra aydınlaşdırılacaq. …read more

From:: ANS