Baş nazir bədbin proqnoz verdi (VİDEO)

Ukraynanın baş naziri Arseni Yatsenyuk münaqişənin hələ uzun müddət davam edəcəyini deyib.

ANS PRESS-in məlumatına görə, o, alman qəzetinə müsahibəsində ölkənin şərqindəki münaqişənin yaxın zamanlarda həll ediləcəyinə ümid etmədiyini bildirib.

“Mən açıq danışacam. Biz bu münaqişəni tez zamanda aradan qaldıra bilməyəcəyik. Mənim fikrimcə, bu münaqişənin qısa vaxt ərzində həll edilməsi şansı azdır, hətta deyərdim ki, çox azdır”, – deyə baş nazir bildirib.

“Razılaşma sadəcə mövcuddur, vəssalam”, – deyən baş nazir həmçinin bildirib ki, Minskdə əldə olunan razılıqlara tam əməl olunmur.

Bundan başqa Yatsenyuk ABŞ silahlarının Ukraynaya gətirilməsini dəstəklədiyini bir daha bildirib və qeyd edib ki, bunlar yalnız müdafiə məqsədilə istifadə olunacaq.

…read more

From:: ANS