Bakıda quldurluq etdi, Göyçayda tapıldı

Bakıda iki vətəndaşa qarşı quldurluq törətmiş şəxs tutulub.

ANS PRESS-in Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, yanvarın 17-də Elnarə Müstafayevanın və Elvin Hüseynovun 200 manatı və planşeti quldurluq yolu ilə əllərindən alınıb.

Nəsimi rayon Polis İdarəsi 21-ci Polis bölməsi və Göyçay rayon Polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq etmiş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Orxan Yəhyazadə Göyçay şəhərində tutulub. …read more

From:: ANS