O dünyanın ən məşhur rəssamı seçildi (VİDEO, FOTO)

86 yaşlı yapon rəssam Yayey Kusama dünyanın ən populyar rəssamı seçilib. ANS PRESS-in məlumatına görə, 2014-cü ilin nəticələri onun sərgilərinin ən çox ziyarət edildiyini göstərib.

Yayey Kusamanın ekspressionizm və sürrealizm jannrında yaradılmış kollajları, heykəlləri və installasiyası təkcə Cənubi və Mərkəzi Amerikada iki milyondan çox ziyarətçinin diqqətini çəkib.

Rəssamın bütün işlərində dominantlıq etdiyi və “müasir incəsənətin qloballaşması” adlandırdığı “noxudu” stilinin meydana gəlməsi qeyri-adidir. Bu stil Kusamanın hələ uşaqlıq illərindən keçirdiyi daimi stres və psixi xəstəlikləri nəticəsində Kusamanın hallüsinasiyalarından yaranıb.

Sərgilərinin ziyarətçi sayına görə ikinci yerdə amerikalı memar Riçard Serra qərarlaşıb. Üçüncü yerdə serbli performansist Marina Abramovimdir.
Dördüncü yer videolayihələri ilə məşhurlaşan Pipilotti Rist adlı videorəssama nəsib olub.

…read more

From:: ANS