Erməniləri gözləyən təhlükə

Ermənistan mətbuatında ölkədəki iqtisadi vəziyyətin günbəgün pisləşməsi, Rusiyada yaranmış böhranlı vəziyyətin bu Cənibi Qafqaz ölkəsindən yan keçməməsi, yerli məhsul istehsalının tamamilə dayanması, eləcə də ixracatçı müəssisə və şirkətlərin ciddi problemlərlə üzləşməsi ilə bağlı məlumatlar dərc olunur.

ANS PRESS-in məlumatına görə, ölkənin “168 saat” qəzeti yazır ki, Ermənistanda ixracatçılar Rusiyada rublun dəyərini itirməsindən sonra ciddi problemlərlə qarşılaşıblar. İndi erməni malları həm keyfiyyətinə, həm də qiymətinə görə Rusiya bazarında rəqabətə davam gətirmir. Çünki rubl dollara nisbəttə əhəmiyyətli dərəcədə qiymətdən düşüb.

Erməni iqtisadçıları vəziyyətdən çıxış yolu kimi təklif edirlər ki, erməni dramı rubl səviyyəsinə qədər salınmalıdır. Yəni, bir dollar 650-700 dram təşkil etməlidir.

Xatırladaq ki, ölkənin ixracat və idxal potensialı get-gedə minimuma enməsi əhalinin dolanışığına ciddi təsir göstərib və ictimai narazılıq artıb. Hətta vəziyyət sosial partlayış həddinə çatıb. Ermənistanın ixracı 26%, idxal isə 25% aşağı düşüb. …read more

From:: ANS