Tarixin ən isti ili

2014-cü il meteomüşahidələrin bütün tarixi ərzində ən isti il ola bilər. Belə vəziyyəti xeyli dərəcədə dənizin qlobal səviyyədə rekord həddə çatan yüksək temperaturu şərtləndirib.

Bu barədə məlumat Dünya Meteorologiya Təşkilatının (DMT) 2014-cü ildə qlobal iqlimin vəziyyəti haqqında ilkin araşdırmasında yer alıb. Araşdırmanın nəticələrinə görə, quru ərazidə havanın qlobal orta temperaturu yanvar ayından oktyabra qədər 1961-1990-cı illər dövrünün orta göstəricisindən 0,86 ºC yüksək olub. Bu meyil noyabr və dekabr aylarında saxlanılsa, onda 2014-cü il, çox güman, müşahidələrin bütün tarixi ərzində ən isti il olacaq.

Məruzədə qeyd olunur ki, 2014-cü ildə Şimali Amerikanın qərbində, Avropada, Avrasiyanın şərqində, habelə Avstraliyanın cənub və qərb regionlarında havalar xüsusilə isti keçib. Amma Birləşmiş Ştatların, Kanadanın bir çox bölgələrində, Rusiyanın ayrı-ayrı mərkəzi regionlarında hava orta hesabla daha sərin olub.

Dənizin səthinin qlobal temperaturu meteomüşahidələrin bütün tarixi ərzində ən yüksək həddə çataraq, 1961-1990-cı illərin orta göstəricisindən təqribən 0,45 ºC yüksək olub.

DMT-nin tədqiqatında deyilir ki, qazıntı yanacağının yandırılması və insanın digər fəaliyyət növləri nəticəsində əmələ gələn parnik qazları ilə bərabər atmosferə düşən artıq enerjinin təxminən 93 faizi son nəticədə okeanlara düşür.

Okeanlar istiləşdikcə, onların həcmi genişlənir. Buz sipərlərin və buzlaqların əriməsi həm də dənizin səviyyəsinin yüksəlməsinə yol açır, bu da sonunda dağıdıcı daşqınlara gətirib çıxarır. Məsələn, may ayında Serbiya, Bosniya və Herseqovina, Xorvatiyada daşqınlar səbəbindən iki milyondan çox insan zərər çəkib. Rusiyanın Altay, Xakasiya və Tuva respublikalarında may ayında və iyunun əvvəllərində orta aylıq normanın iki qatından çox yağıntı düşüb. İyul və avqust ayları Fransada çox rütubətli olub.

DMT-nin baş katibi Mişel Jarro deyib: “2014-cü il üçün ilkin məlumatlar göstərir ki, meteomüşahidələrin bütün tarixi ərzində ən isti 15 ilin 14-ü XXI əsrdə qeyd alınıb”. O bildirib ki, planetdə qlobal istiləşmə davam edir. 2014-cü ildə rekord istilik güclü leysan və daşqınlar ilə birlikdə nəhəng dağıntılara və insan tələfatına gətirib çıxarıb.

Mişel Jarro deyib: “Bu il ən yüksək temperaturların geniş okean ərazilərində, o cümlədən Şimal yarımkürəsində müşahidə …read more

From:: ANS