Ağstafada yanğın oldu

Ağstafada yaşayış evi yanıb.

ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə rayonun Soyuqbulaq kəndində qeydə alınıb.

Kənd sakininə məxsus ümumi sahəsi 32 kv.m olan taxta konstruksiyadan ibarət birmərtəbəli 2 otaqlı ev və əşyaları yanıb.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Faktla bağlı araşdırma aparılır. …read more

From:: ANS