Dünyanın heyran olduğu 10 saray (FOTO)

Səyahət jurnalı olan “Travel + Leisure” dünyanın ən çox ziyarət edilen saray və qalalarının siyahısını hazırlayıb. Bu siyahıda olanların hamısını insanın “ölmədən öncə görməli olduğu yerlər” siyahısına düşməyə layiqdir.

1.Qadağan edilən şəhər (Çin)
İllik ziyarətçi sayı – 15 milyon 300 min
Parlaq qırmızı binalar, qızılı məbədlər, sonu görünməyən pilləkanlar… Bu şəhər bir zamanlar imperatorların və onların ailələrinin evi idi. İndi isə gündə minlərlə turist qadağan edilən şəhərə girir. Səyahətə getmək üçün ən yaxşı vaxt iyun ayının əvəllidir.

2.Luvr (Fransa)
İllik ziyarətçi – 9 milyon 300 min
Luvr muzeyi bir zamanlar saray kimi istifadə edilib. Bu bina 12-ci əsrdə qala olaraq inşa edilib. Yüz illər burada krallar yaşayıb. İndi isə dünyanın ən məşhur muzeylərindəndir və Mona Lizanın “evidir”.

3.Böyük saray (Tayland)
İllik ziyarətçi – 8 milyon
Bankonqdakı göz oxşayan bu saray kompleksindən hələ də kral ofisi kimi istifadə edilir. Tayland kralları taclarını burada taxırlar. Ən görməli yeri isə Zümrüd Budda məbədidir. Sarayda zarafatla belə olsa kral haqqında bilib-bilmədən danışmayın. Çünki burada hamı öz kralını həddindən çox sevir.

4.Versal sarayı (Fransa)
İllik ziyarətçi – 7,5 milyon
14.Luis 72 illik hökmdarlığı dövründə özü üçün bir çox məşğələ axtarıb. Bunlardan ən böyüyü məhz bu saray olub. “Günəş Kral”nın 1600-cü illərdə inşa etdirdiyi bu dəbdəbəli saray “krallara layiq” ifadəsinə tam uyğundur. Turistlərin ən çox sevdiyi yer isə Güzgülü salon və Mariya Antoinettanın otağıdır.

Sarayı gəzərkən vaxtınızın çoxunu baxçaya ayırın.

5.Topqapı sarayı (Türkiyə)
İllik ziyarətçi – 3 milyon 350 min
Cumhuriyyət tarixinin ilk muzeyi, İstanbulun yaraşı olan Topqapı Sarayı turistlərin ən çox sevdiyi yerdir. Hər otağında, dəhlizində fərqli bir tarix var. Bu saraydan boğaz mənzərəsini izləmək isə başqa bir zövqdür.
Keçən il turistlərin ixtiyarına Matbah-ı Amirə yəni Sultanın mətbəxi də verilib.

6. Ermitaj (Rusiya)
İllik ziyarətçi – 3 milyon 100 min
Sankt Peterburqda Neva çayının sahilindəki bu möhtəşəm tikili barokko memarlığının ən gözəl nümunəsidir. 1057 otaq, 1786 qapı, 1945 pəncərə… …read more

From:: ANS