Putindən İrəvanı üzəcək xəbər

Rusiya Ermənistana satdığı qazın qiymətini artırmaq niyyətindədir.

ANS PRESS-in məlumatına görə, bu barədə İrəvanda nəşr olunan “Joxovurd” qəzeti yazıb. Nəşr qeyd edir ki, 30 martda Ermənistanın baş naziri Ovik Abramyanla Rusiyanın baş naziri Dmitri Medvedev arasında telefon danışığı olub.

“Şayiələrə görə, baş nazirlərin söhbəti zamanı əsas məsələ Rusiya qazının satış qiymətinin artımı məsələsi olub. Ancaq Rusiyanın konkret olaraq qazın tarifində nə qədər artıma gedəcəyi hələlik açıqlanmır”, – deyə nəşr yazıb.

Qəzet öz mənbələrinə istinadla verdiyi məlumata əsasən iddia edir ki, hazırda ekspert qrupu yaradılır. Bu ekspert qrupu qazın qiymətinin artırılmasının nə qədər əsaslandırılmış olduğunu aydınlaşdıracaq. …read more

From:: ANS