Sərnişin avtobusları bir-birinə çırpıldı (FOTO)

Bu gün Sumqayıt şəhərində iki avtobus toqquşub.

Sumqayıt şəhər Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, 7 saylı sərnişin avtobusu ilə 30 saylı “Daewoo” markalı avtobusla toqquşub.

Qəza nəticəsində hər iki avtobusa ziyan dəyib. Avtobusların qabaq şüşələri çatlayıb. 7 saylı avtobusun buferi qırılıb.

İlkin ehtimala görə, hadisə avtobus sürücülərinin ötmə əməliyyatını düzgün yerinə yetirə bilməməsi səbəbindən baş verib.

Xoşbəxtlikdən qəza zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

…read more

From:: ANS