Tanınmış Xalq artistinin 80 illik yubileyidir

Bu gün Azərbaycanın Xalq artisti Muxtar Maniyevin doğum günüdür. ANS PRESS-in məlumatına görə, 157 filmdə, 20 tamaşada rol alan, sadəliyi, səmimiliyi ilə seçilən xalq artsiti Muxtar Maniyev bu gün 80 yaşını qeyd edir.

Muxtar Maniyev 1935-ci ildə Bakı şəhərində doğulub. Aktyorun kinoya gəlişi “Koroğlu” filmi ilə olub. Hüseyn Seyidzadənin bu filmində Maniyev dəmirçi oğlu Poladı canlandırır. Daha sonra “Bizim Cəbiş müəllim”, “Ölsəm bağışla”, “Bəxt üzüyü”, “Bəyin oğurlanması”, “Bakıda küləklər əsir”, “Babək”, “Nəsimi”, “Qərib cinlər diyarında”, “İnsan məskən salır” kimi ekran əsərlərində yadda qalan obrazlar yaradıb. Filmlərdə bəzən fırıldaqçı, bəzən dəyərli insan kimi görünərək silinməz iz qoyub.

50 ildən artıq yaradıcılığı dövründə sənətkar 157 filmdə, 20 tamaşada rol alıb. İstər kinoda, istərsə də teatrda bu qədər rol yaratmaq hər aktyora nəsib olmur. Onu Azərbaycan filmlərinin demək olar ki, əksəriyyətində görmək mümkündür.

Xatırladaq ki, Muxtar Maniyev 50 yaşında əməkdar, 65 yaşında xalq artisti adına layiq görülüb.

ANS TV-nin “Adam içində” layihəsi 2 gün əvvəl uzun müddətdir ekranlardan uzaq qalmış xalq artisti barədə xüsusi buraxılış hazırlamışdı. …read more

From:: ANS