30 cüt qırqovul təbiətə buraxıldı FOTO

Bərdə rayonunda “Ana təbiəti qoruyaq” şüarı altında aksiya keçirilib.

ANS PRESS-in məlumatına görə, tədbir Gənclər və İdman idarəsi, YAP Bərdə rayon Gənclər birliyi təşkilatının təşkilatçılığı və Bərdə rayon polis şöbəsinin dəstəyi ilə baş tutub.

Şöbənin tağım komandiri, polis mayoru Şamxal Babayevin yaxından dəstəyi və bir qrup gənc təbiət sevər tərəfindən rayon ərazisində olan Kür qırağı Tuğay meşələrinə 30 cüt qırqovul buraxılıb

Aksiyada Bərdə rayon Dövlət İdarəetmə Kollecinin tələbə gənclər təşkilatının üzvləri, Akademik Zərifə Əliyeva adına texniki təmayüllü məktəb-liseyin gənc təbiət sevərləri və digər fəal gənclər iştirak ediblər.

…read more

From:: ANS