Tanınmış şoumen ulduz məşqçiyə jest etdi

Türkiyəli tanınmış şoumen ötən ay futbol meydançasında verdiyi göstərişlə hamının dilinə düşən məşqçini sevindirib.

ANS PRESS-in məlumatına görə, proqramın aparıcısı olan türkiyəli məşhur şoumen Bəyazıt Öztürk (Bəyaz) proqramında qonaq olan “Kayserispor” futbol klubunun baş məşqçisi gürcü əslli Şota Arveladzeyə xüsusi jest edib.

Ötən ayın ikinci həftəsində baş tutan “Torku Konyaspor”la “Kasımpaşa” qarşılaşmasında yarana biləcək mübahisənin qarşısını almaq üçün qapılarına qol vurulmağını tapşıran baş məşqçi verilişdə söhbət əsnasında “tvitter” mikrobloqundakı səhifəsində 7 min izləyicisi olduğunu deyib.

Bəyaz isə onun idman mütəxəssisi olmaqdan başqa, həmçinin insan kimi də doğru addımlar atdığını, buna görə də təşəkkürə layiq olduğunu vurğulayaraq, tamaşaçılardan onu “tvitter”dən izləməyi xahiş edib. Nəticədə, bir neçə saat içində Arveladzenin izləyicilərnin sayı 110 mini ötüb və o, səhifəsindən hamıya minnətdalığını çatdırıb.

Xatırladaq ki, “Torku Konyaspor” “Kasımpaşa” qarşılaşmasının 19-cu dəqiqəsində qonaq komandanın futbolçusuna qarşı kobudluq edilmiş və nəticədə Ryan Babel yerdə qalmışdı. “Torku Konyaspor”lu oyunçular topun taca atılmasını gözlədiyi bir vaxtda rəqib komandanın futbolçusu topu tora göndərib.

Qoldan sonra “Torku Konyaspor”lu oyunçular “Kasımpaşa”lı oyunçu Donk və matçın hakiminə etiraz ediblər. Meydançada mübahisə başlayıb, hətta “Kasımpaşa” baş məşqçisi Şota Arveladze də oyuna müdaxilə edilib. Baş məşqçi futbolçularına oyun başladıqdan sonra qol buraxmalarını tapşırıb.

Oyuna mərkəzdən başlayan “Torku Konyaspor” futbolçuları rəqib komandanın boş qapısına qol vurublar. Bununla da oyunda dava çıxmasının qarşısı alınıb. …read more

From:: ANS