Ruhani tarixi sazişdən danışdı

İran prezidenti Həsən Ruhani ilk dəfə ölkəsinin nüvə proqramı ilə bağlı “altılıq” ölkələri ilə əldə olunmuş razılıq barədə danışıb.

ANS PRESS-in məlumatına görə, Həsən Ruhani nüvə müzakirələri və Lozanna müştərək bəyanatına toxunaraq onu İran xalqı üçün tarixi hadisə adlandırıb: “İran öz milli məqsəd və mənafeyini əldə etmək istiqamətində mühüm addım atdı”.

İranın vədlərinə sadiq qaldığını bəyan edən Həsən Ruhani “altılıq” ölkələrini də buna səsləyib: “Nüvə hüququnun qorunması, bütün sanksiyaların ləğv edilməsi və dünya ilə konstruktiv əməkdaşlıq İran hökuməti üçün yüksək əhəmiyyət kəsb edir. “Altılıq” ölkələri İranın nüvə texnologiyasını əldə etmək haqqını etiraf və qəbul edib. İranın nüvə proqramı sülhməramlıdır. İranın əleyhinə bütün sanksiya və qətnamələr yekun anlaşmanın icrasının ilk günündə ləğv olunacaq və İranın dünya ilə nüvə və digər sektorlarda əməkdaşlıqlarında yeni səhifə açılacaq”.

Ruhani müasir dünyada artıq ölkələri hədələmək, təzyiq göstərmək və sanksiyalara məruz qoyulmasının faydalı olmadığını bildirməklə yanaşı İran xalqının sanksiya və təzyiq qarşısında təslim olmaması qarşı tərəfi razılığa gəlməyə məcbur etdiyini deyib. …read more

From:: ANS