Klubumuz Avropanın 10-cu komandası oldu

“İnter” Avropanın 10 komandasından biridi. ANS PRESS-in məlumatına görə, bank klubu qitə klubları arasında ən çoх heç-heçə edən komandalardan birinə çevirilib.

“Bankirlər” Premyer Liqanın XXVII turunda “Qarabağ”la heç-heçə edib. Bu “İnter”in cari mövsümdə keçirdiyi 24 çempionat oyununda 11-ci heç-heçəsi olub.

Beləliklə, “İnter” çempionat oyunlarının 45.83 faizində heç-heçəyə razılaşıb. Bu çempionatı payız-yaz sistemi ilə keçirilən Avropa ölkələrinin klubları arasında 10-cu göstəricidi.

Siyahıya Portuqaliyanın “Akademika” klubu başçılıq edir. Komanda 26 oyundan 14-də heç-heçəyə razılaşıb – 53.84 faiz. İtaliya “Empoli”si 53.57, Danimarkanın “Sonderiske” klubu 50.00 faiz oyunlarını “sülh”lə bitirib. …read more

From:: ANS