Azərbaycanın heç kimə qapı açmayan məşhur aktrisası (VİDEO)

Uzun müddətdir ki, ekranlarda görmədiyimiz, köhnə filimlərdən sevə-sevə izlədiyimiz sənətkar Səfurə İbrahimova ANS-ə gəldi.

Onunla cəmi bir neçə gün əvvəl Beynəlxalq Teatr günündə görüşmək istəyirdik. Amma onu da yaxşı bilirdik ki, Səfurə İbrahimova heç kimə qapı açmır. Lap o qapının arxasından ilan dili çaxarsan da. Ona görə də aktrisa, haqqında müxtəlif şayiələr gəzirdi. Ay nə bilim ağlını itirib, ay nə bilim xəstədir və s. Səfurə xanımla ANS-dəki görüşümüz bu fikirləri alt-üst etdi. Beləliklə aktrisanın səhhətində narahat olanar – Səfurə xanımın ağlı da yerindədir, nitqi də, hələ üstəlik gözəliyi də. Sadəcə bir az incikdir. Əlbəttə teatrdan, dostlarında hər birimizdən. İnsanlarla ünsiyyətdən də bu səbəbdən qaçır. Elə güzgüdəki özündən də. Hər halda teatrın nəhəng güzgüləri qarşısında saatlarla bəzənməkdən yorulmayan xalq artisti ANS-in kiçik qrim otağına xeyli təkiddən sonra girdi. Sonuncu dəfə nə vaxt qrim etmisiniz sualı da Səfurə xanım elə-belədən vermədim. Məqsədim onu teatrdan incik salan səbəbi və tarixi dəqiqləşdirmək idi.

“Düzünü desəm teatr daxilində qadın aktirsaların bir neçəsi bir araya gələrək qruplaşma yaratmışdılar. Bu qruplaşmaya kişi aktyorlar daxil deyildi. Hiss etdim ki, mən olarla birlikdə tamaşalarda rol alıb oynaya bilməyəcəm. Bu səbəbdən də teatrdan uzaqlaşdım”, – deyə Səfurə İbrahimova bildirdi.

Onun tərəf müqabilləri kimlər olmamışdı? Hökümə Qurbanova, Nəcibə Məlikova, o cür nəhəng sənətkarlarla eyni səhnəni bölüşən xalq artisti əlbəttə indikilərin ərköyün, şıltaq rəftarını həzm edə bilməzdi. Ona görə də çıxıb getdim deyir. Amma əlbəttə Səfurə İbrahimova möhürünü vurduğu onlarla rolunu özü ilə apara bilməzdi. O, bizim Cəbiş müəllimin ən yaxın qonşusudur. O, bizim Qaynanamızım ən yaxın rəfiqəsidir. Və ya qulluqçu Tellidir. Nəhəyət o Səfurə İbrahimovadı. Həmişə gözəl, həmişə şux, həmişə məlahətli. 80-ni haxlasa da, hələ də səhnədən doymayıb, hələ də kinoya çəkilmək istəyir.

“Titanik” filmindəki yaşlı qadının oynadığı rola bənzər bir rol olsa, məmuniyyətlə çəkilərdim. O rolun ağırlığı var”, – deyə Səfurə İbrahimova bildirdi.

Məncə bu rejisyorlarımıza bir siqnaldır. Kaş ki, eşidə və …read more

From:: ANS