Türkiyə Ordusu Yəmənə girdi (FOTO)

Türkiyə xüsusi əməliyyat keçirərək Yəməndəki 55 vətəndaşını bu ölkədən çıxarıb.

ANS PRESS-in məlumatına görə, vətəndaşlarını təxliyyə etmək üçün Yəmənə dəniz qüvvələrini göndərən Türkiyə Ordusu problem yaşamayıb.

Silahlı Qüvvələrdən verilən açıqlamada Türkiyə vətəndaşlarının Cibuti limanına çatdırıldığı bildirilir:

“Yəməndəki daxili siyasi qarışıqlıqlar və Səudiyyə Ərəbistanın başçılıq etdiyi koalisiya tərəfindən həyata keçirilən hərbi əməliyyat səbəbi ilə Yəmənin Ədən bölgəsində zərər çəkmiş vəziyyətdə olan 55 vətəndaşımız bölgədə olan “TCG Büyükada” tərəfindən Cibuti limanına təxliyyə edilib”, – deyə açıqlamada bildirilir.

…read more

From:: ANS