Fazil Mustafadan sərt cavab

Millət vəkili Fazil Mustafa bu gün parlamentdə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovla etdiyi mübahisə haqqında yazıb.

ANS PRESS-in məlumatına görə, Fazil Mustafa Ziyafət Əsgərova belə cavab yazıb:

“Milli Məclis sədrinin birinci müavini bu gün Milli Məclisdəki müzakirədə mənə xitabən belə bir ifadə işlədib: “Torba atmaq lazım gələndə müraciət edirsiniz, ancaq belə məsələrdə təkid etmirsiniz”. Xatırlayırsınızsa, ötən Milli Məclisdə mən torbadan deyil, yoxsullaşan insanlarımızın imkansızlıqdan bayramda qapılarına atılan papağı doldura bilməmələrindən bəhs etmişdim. Fikrləşdim ki, görəsən mənim səsləndirmədiyim bu “torba” sözünü hörmətli Milli Məclis sədrinin birinci müavini haradan götürüb? Ehtimalım budur ki, bəziləri ancaq insanlara “torba tikmək” deyilən bir fəaliyyət növü ilə məşğul olduqlarından, arada papaqla torbanı da qarışdırırlar”. …read more

From:: ANS