Millimiz 5 pillə irəlilədi (SİYAHI)

UEFA-ya üzv olan ölkələrin milli komandalarının reytinq cədvəli açıqlanıb.

ANS PRESS-in məlumatına görə, sonuncu dəfə 4 ay əvvəl açıqlanan cədvəldə xeyli dəyişikliklər qeydə alınıb.

Yalnız seçmə oyunların nəticələrinin əks olunduğu reytinqdə millimizin də mövqeyi dəyişib. Yığmamız AVRO-2016-nın Malta ilə seçmə oyununda 2:0 hesabı ilə qalib gəlməklə, hesabını daha da zənginləşdirib.

2014-cü il dekabrın 4-də açıqlanan cədvəldə 14,311 xalı olan komandamız Malta ilə oyuna görə 2,570 xal qazanıb. 4 ay öncə Avropada 47-ci olan millimiz indi 16,881 xalla 42-ci pillədə qərarlaşıb. Yığmamız Kipr, Moldova, Makedoniya, Gürcüstan və Lixtenşteyni keçib.

Top “10-luq”da yığmamızın rəqiblərindən 2-si – İtaliya və Xorvatiya da yer alıb.

1. Almaniya
2. İspaniya
3. İngiltərə
4. Hollandiya
5. Belçika
6. Fransa
7. Portuqaliya
8. İtaliya
9. Xorvatiya
10. Çexiya

Qeyd edək ki, yığmamızın digər rəqiblərindən Norveç 26-cı, Bolqarıstan 35-ci, Malta 51-cidir. Qonşularımızdan Rusiya 18-ci, Türkiyə isə 32-cidir. …read more

From:: ANS